Cennifer Eniston

Cennifer Eniston
ing. Jennifer Aniston
JenniferAnistonFeb09.jpg
İlk adı Cennifer Coanna Eniston
Doğum tarixi 11 fevral 1969 (1969-02-11) (50 yaş)
Doğum yeri Şerman Ouks, Kaliforniya, ABŞ
Boyu 1,65 m
Həyat yoldaşı Bred Pitt (2000–2005)
Partnyoru Bred Pitt, Justin Theroux[d][1][2]Tate Donovan[d]
Atası John Aniston
Anası Nancy Dow
Vətəndaşlığı Flag of the United States.svg ABŞ
Peşəsi televiziya aktyoru, kino aktrisası, kinorejissor, kino prodüseri, aktrisa, səs aktyorubiznesmen
Milliyyəti yunan, italyan, şotland
Təhsili LaGuardia Community College[d]Fiorello H. LaGuardia High School[d]
Fəaliyyət illəri 1989-h.h.
IMDb: ID 0000098
Rəsmi sayt
Commons-logo.svg Cennifer Eniston Vikianbarda

Cennifer Eniston (ing. Jennifer Aniston; d. 11 fevral 1969(1969-02-11), Şerman Ouks, Kaliforniya, ABŞ) — Amerika aktrisası, film rejissoru, prodüsser və biznes ledi. Ona ilk şöhrəti Friends (1994–2004) serialında oynadığı Rachel Green rolu gətirmiş və bu rolu sayəsində o, Emmi, Qızıl Qlobus mükafatlarını qazanmışdır.

Cennifer Eniston 11 fevral 1969-cu ildə Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub. Bir yaşınadək Cennifer Eniston Yunanıstanda yaşayır və ailə sonradan Nyu-Yorka köçür. 9 yaşı olanda valideynləri boşanırlar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına getməyə başlayır. Cennifer Eniston 11 yaşında oxuduğu Rudolf Ştaynerin məktəbində dram dərnəyinə gedir. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyor ustalığı məktəbində davam etdirir. Cennifer Eniston və Bred Pittin ciddi münasibətləri mətbuatda tez-tez müzakirə olunurdu. 29 iyul 2000-ci ildə onlar Malibuda evlənirlər. Cütlük 7 yanvar 2005-ci ildə ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. Bred Pittlə boşandıqdan sonra aktyor Vins Vonla eşq yaşadığı deyilsə də artıq aktrisa şəxsi həyatının mətbuatda müzakirə edilməsini istəmir.

  • “Emmi” mükafatına beş dəfə namizəd görülən Cennifer Eniston bir dəfə qalib gəlir.
  1. http://people.com/celebrity/jennifer-aniston-and-justin-theroux-marry-in-bel-air-on-august-5/
  2. http://people.com/movies/jennifer-aniston-justin-theroux-breakup-relationship-details/

Copyright